Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 665 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Vergilər Nazirliyində aparılmış struktur islahatlarını nəzərə alaraq qərara alıram:

1. «Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 3, maddə 195) 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. altıncı abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Audit Baş İdarəsinin rəisi» sözləri ilə əvəz edilsin;

1.2. səkkizinci abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri və Xüsusi Vergi Rejimi Müəssisələri ilə İş üzrə Baş İdarənin rəisi» sözləri «Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəisi» sözləri ilə əvəz edilsin;

1.3. onuncu abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi» sözləri ilə əvəz edilsin;

1.4. on birinci abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi» sözləri ilə əvəz edilsin;

1.5. on ikinci abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Baş Vergilər İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin rəisi» sözləri ilə əvəz edilsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 23 noyabr 2005-ci il
№– 1115

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (№– 11, 30 noyabr 2005-ci il, maddə 1049).