Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclası keçirilib

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclasında Azərbaycanın dayanıqlı iqtisadi artımı, sosial-iqtisadi prioritetləri, ticarətin inkişafı, beynəlxalq ticarətə inteqrasiya, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclası keçirilib.

İclasda İşçi Qrupun sədri Alparslan Acarsoy tədbirin Azərbaycanın ÜTT-yə üzvlük prosesinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın dayanıqlı iqtisadi artımı, ölkəmizin sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ÜTT-yə üzvlük məqsədilə görülən işlər barədə məlumat verib. 

Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin aidiyyəti bəndləri üzrə rəylərini bildiriblər, onların bu barədə sualları cavablandırılıb.