Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Macarıstanla iqtisadi-ticarət əlaqələri genişlənir

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə bu ölkə ilə iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri müzakirə olunub.  

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə vurğulayıb ki, Macarıstanla münasibətlərin artan dinamikası, qarşılıqlı rəsmi səfərlər, yüksək səviyyəli görüşlər, keçirilmiş tədbirlər, geniş müqavilə-hüquq bazası iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz təkcə ikitərəfli platformalarda deyil, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq edirlər. Bununla yanaşı, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsində və müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində önəmli rol oynayır.

Görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb, macar şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiklərini bildirib, iqtisadi əlaqələrin genişləndirilməsi barədə danışıb.

Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.