Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

«Müstəqil dövlətlər birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli, 336-IIIQ nömrəli Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli, 336-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. 2005-ci il iyunun 3-də Tbilisi şəhərində imzalanmış «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətli orqan barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. öz səlahiyyətləri daxilində «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli, 336-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 28 iyun 2007-ci il
№– 2276

«Respublika» qəzetində dərc edilmişdir (29 iyun 2007-ci il, №– 140).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2007-ci il, №– 6, maddə 689).