Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 72,4 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz və ya 7,6 milyon manat artım deməkdir. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17,4 faiz artaraq 19,9 milyon manat təşkil edib.

 2023-cü ilin 6 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artaraq 1,9 milyon manat olub. Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11,3 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz artıb.