Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İstehlakçılara 65,2 milyon manat ƏDV geri qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. 2023-cü ilin yanvar-iyun ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyət göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb.

Xatırladaq ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara qaytarılır.