Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması ilə bağlı müraciətlərin kəskin artması ilə bağlı müraciət

Son zamanlar “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergi ödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb. Bunu nəzərə alaraq, iş vaxtının artırılması zərurəti yaranan xidmət mərkəzlərində iş vaxtı saat 14:00-dan 18:00-dək artırılıb və müraciətlərin intensivliyinə uyğun olaraq xidmət mərkəzləri işçi qüvvəsi ilə təmin edilir.

Bildiririk ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün:

-    Vergi ödəyiciləri ərizə formasını tərtib etdikdən sonra tələb olunan ödənişi müvafiq fonda köçürməklə, ödəniş qəbzi və ərizəni poçt vasitəsilə uçotda olduqları vergi orqanına göndərə bilərlər;

-    Yeni İnternet Vergi İdarəsi Portalına (https://new.e-taxes.gov.az/eportal/) daxil olaraq qeyd edilən elektron xidmətdən faydalanmaq mümkündür.

Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin, o cümlədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadığı halda müraciət etməyiniz tövsiyə olunur.