Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İqtisadiyyat naziri Mikayıl Cabbarov “TotalEnergies” şirkətinin baş icraçı direktoru ilə görüşüb

“TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşdə energetika sektorunda tərəfdaşlığın genişləndirilməsi, həmçinin bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov  və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər.

Görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib, SOCAR-la “Total Energies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.

Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi ölkəmizin istehsal imkanlarını artırmaqla yanaşı, dünya miqyasında enerji ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.

Tərəflər neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, perspektiv layihələr, həmçinin bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə də müzakirələr aparılıb.