Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda istehlakçılara 462,4 min manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü ilin 1 sentyabr tarixinə muxtar respublika ərazisində 1937 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-avqust aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 125 milyon manatdan çox olub. Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 462,4 min manatdan çox, təkcə avqust ayında isə 88,7 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə avqust ayında istehlakçılara qaytarılan məbləğ 4,2 dəfə artıb.