Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşdə Bankın hazırladığı investisiya layihələrinin indikativ proqramı, 2023-2028-ci illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması üzrə növbəti addımlar və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysla görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi sahəsində tərəfdaşlıq ölkə iqtisadiyyatının inkişafına töhfələr verib.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və “yaşıl” iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.

Rolande Prays Bankın Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığını vurğulayıb, əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib, tərəfdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər Bankın hazırladığı investisiya layihələrinin indikativ proqramı, 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.


Qeyd: Ölkə Tərəfdaşlıq Çərçivəsi - Dünya Bankı Qrupunun üzv ölkələrin iqtisadiyyatının dayanıqlı inkişafına göstəriləcək dəstəyin əsas məqsədlərini və inkişaf nəticələrini müəyyən edən sənəddir. Sənəd Beynəlxalq Maliyyə Korporasiyası və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi ilə birgə hazırlanır və üzv ölkələrin milli inkişaf strategiyasında əks olunan inkişaf məqsədləri ilə uyğunlaşdırılır.