Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinə 291 mindən çox Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 476.445 şəxs qəbul edilib və onlara 860.402 sayda xidmət göstərilib ki, bunlardan 209 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 193 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 87,9 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 22,9 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 9,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 274 mindən çox SMS göndərilib. Dövr ərzində 2.454 vergi ödəyicisinin iştirakı ilə 203 görüş keçirilib, 3.675 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

İlin əvvəlindən 191.685 müraciət üzrə 291.581 Asan İmza sertifikatı verilib. 15 minə yaxın  vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.