Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4.340 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 89,6 faizi fiziki, 10,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 32 dəfə artıb.

Yanvar-sentyabr aylarında kommersiya qurumlarının 64 faizi elektron qaydada, 36 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.