Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdə onların fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

Görüşdə hər iki qalibin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər müzakirə edilib. İqtisadiyyat naziri idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar, əldə edilən təcrübə və biliklərin tətbiqi, gələcək özünüinkişaf hədəfləri barədə fikirlərini bölüşüb, qalib gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

Müsabiqə qalibləri mentorluq proqramının müasir iqtisadi idarəçilik metodları, strateji planlaşdırma və innovativ texnologiyalarla bağlı təcrübənin əldə edilməsində, ölkəmizin inkişafı naminə bu sahədə töhfə verməkdə faydalı olduğunu vurğulayıblar.

“Yüksəliş” müsabiqəsinin qalibləri mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildiriblər.