Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) nümayəndələrinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Vergi, gömrük və hüquq məsələləri üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirilib. AHK Azərbaycanın  təşəbbüsü ilə baş tutan görüşdə ölkəmizin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) üzrə İnklüziv Çərçivə”yə qoşulmasının mahiyyəti, ölkəmizə faydaları, vergi ödəyicilərindən gözləntilər və transfer qiyməti, nəzarət olunan xarici müəssisələr, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və digər əlaqəli mövzular müzakirə olunub. Tədbirdə DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsinin rəisi Emil Həsənov iştirak ediblər.

Görüşü giriş sözü ilə açan PwC Azərbaycanın vergi direktoru və AHK Azərbaycanın vergi, gömrük və hüquq məsələləri üzrə İşçi qrupunun sədri Günel Sadıyeva sahibkarların ictimai təşkilatları ilə keçirilən görüşlərin önəmini vurğulayıb və tədbirin mövzuları üzrə məlumat verib.

Tədbirdə çıxış edən Ceyhun İsmayılov nəzarət olunan BEPS-in fəaliyyət planları, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı ikipilləli həll (Pillar I və Pillar II), Dövlət Vergi Xidməti tərəfindən görülən işlər və digər mövzular barədə iştirakçıları məlumatlandırıb, Azərbaycanda tətbiqindən danışıb. C.İsmayılov nəzarət olunan xarici müəssisələrin vergiyə cəlb olunması mexanizmi, transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması, qeyri-rezidentlərin vergi uçotu və Çoxtərəfli Konvensiyaya qoşulma ilə bağlı ətraflı məlumat verib.

Görüşdə AHK Azərbaycanın nümayəndələrini maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görülən işlər geniş müzakirə edilib və görüş iştirakçılarının sualları cavablandırılıb.