Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 805 mini ötüb

5 ilə yaxın müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 403,4 min artaraq 2023-cü ilin dekabr ayının 1-nə 1 milyon 805 mini ötüb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 355,1 min artaraq 895 minə çatıb.