Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə artıb

2023-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 5.521 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 90,5 faizi fiziki, 9,5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.
Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66 faizi elektron qaydada, 34 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.