Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sertifikatlaşdırma haqqında bildiriş

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiqlənmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları”na əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş kommersiya təşkilatlarda baş mühasib vəzifəsində çalışan işçilər 31.12.2023-cü il tarixinə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” və “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” sertifikatlara malik olmalıdırlar.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə uyğun olaraq peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxlərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər 300 AZN-dən (üç yüz manat) 400 AZN-dək (dörd yüz manat) məbləğdə cərimə edilir.

Ətraflı məlumat üçün (012) 404 81 59 və (055) 404 81 50 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.