Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

2023-cü ildə Naxçıvanda 12.689 Asan İmza sertifikatı verilib

2023-cü il ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 38.866 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52.010 sayda xidmət göstərilib ki, bu da 2022-ci illə müqayisədə 1,8 dəfə çoxdur.

2023-cü il ərzində vergi ödəyicilərinə 134.183 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 63 görüş keçirilib, 390 sayda ünvanlı xidmət göstərilib. Ötən il 7.098 müraciət üzrə 12.689 Asan İmza sertifikatı verilib.

2023-cü ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən ötən il ərzində ümumilikdə 13.660 şəxs qəbul edilib və onlara 19.590 sayda xidmət göstərilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 2.8 dəfə çoxdur.