Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətində iqtisadçı-ekspertlərlə görüş keçirilib

Yanvarın 19-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli iqtisadçı-ekspertlərlə görüş keçirib. Tədbirdə vergi qanunvericiliyində edilmiş son dəyişikliklər, vergi siyasətinin qarşısında duran əsas məsələlər, vergi inzibatçılığı sahəsində aktual mövzular müzakirə edilib. DVX rəisi aparılan islahatların, vergi siyasətində ortamüddətli dövrdə əsas istiqamətlər barədə məlumat verib.

DVX-nin vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə ekspertləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. İştirakçılar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb.

Belə görüşlərin mütəmadi qaydada keçirilməsi, xüsusilə vergi qanunvericiliyində dəyişikliklər hazırlanarkən ekspert cəmiyyətinin prosesə daha aktiv cəlb olunması məqbul hesab edilib.