Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX-nin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nazirliyə müraciəti əsasında hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyasında iştirak ediblər.

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilmiş aksiyaya DVX-nin Mərkəzi Aparatının və struktur bölmələrinin 426 əməkdaşı donor qismində qatılıb. Vergi orqanlarının əməkdaşları artıq 18 ildir ki, ənənəyə çevrilmiş qanvermə aksiyalarında iştirak edirlər.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Qanvermə aksiyası 3 gün davam edib.