Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmiləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə keçirilən görüşdə Bankla əməkdaşlığın inkişafı və COP29-a hazırlıq çərçivəsində görülən işlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İqlim Strategiyası və Çatdırılması Departamentinin icraçı direktoru Harri Boyd-Karpenterlə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın AYİB-lə uğurlu əməkdaşlıq etdiyini və Bankla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Bildirilib ki, AYİB-lə birgə həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. COP29-un ölkəmizdə keçirilməsi Bankla qlobal iqlim strategiyası üzrə əməkdaşlığın inkişafına stimul verir. 

AYİB nümayəndələri Bankın Azərbaycanla səmərəli tərəfdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd ediblər. Ölkəmizdə “yaşıl” enerjiyə keçid, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması istiqamətində həyata keçirilən layihələrin qurum tərəfindən dəstəkləndiyi qeyd edilib. 

Görüşdə ölkəmizn ev sahibliyi edəcəyi COP29-a hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi müzakirə olunub.