Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hüquq ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində bir sıra sahələr üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Məlum olduğu kimi, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Dövlət İmtahan Mərkəzi ilə birlikdə DVX-də hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib. Test imtahanında ümumilikdə 2.392 nəfər iştirak edib, 616 nəfər namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Artıq DVX-də hüquq ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı test və müsahibə qaydasında keçirilmiş müsabiqənin nəticələri elan edilib. İkinci mərhələdə iştirak etmiş 33 namizəddən 23-ü müsabiqəni müvəffəqiyyətlə başa vurub.

Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilir və mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.

Qeyd edək ki, DVX-də digər ixtisas sahələri üzrə müsahibələr mərhələli şəkildə davam edir və başa çatdıqdan sonra nəticələri açıqlanacaq.  

DVX-də hüquq ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı test və müsahibə qaydasında keçirilmiş müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/3080