Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Ödəniş rekvizitləri dəyişdirilib

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin strukturunun optimallaşdırılması və yerli qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xəzinədarlıq İdarəsindəki məcburi dövlət sosial və işsizlikdən sığorta üzrə xəzinə hesab kitabları bağlanılıb, 2 saylı Xəzinədarlıq İdarəsində yeni xəzinə hesab kitabları açılıb.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) uçotda olan sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının, o cümlədən bu sığorta üzrə tətbiq edilmiş penya, cərimə və maliyyə sanksiyalarının DSMF-nin müvafiq xəzinə hesab kitablarına ödənilməsi nəzərdə tutulub.

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanması və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.