Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Vəliyev İlkin Etibar oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Musayev Orxan Azad oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Abdullayev Vəli Həsən oğlu

Kəngərli Cavid Muxtar oğlu

Musayev Fəxrəddin Binnət oğlu

Süleymanlı Elxan Süleyman oğlu

Şahinzadə Fərman İlham oğlu

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Mahmudov Fuad Malik oğlu

Məhərrəmov Ramiz Bulut oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Əhmədov Rəşad Kazım oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2024-cü il