Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

İqtisadiyyat Nazirliyi tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların media və kommunikasiya sahəsində çalışan mütəxəssisləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Bu cür təlimlərdən biri  Nazirliyin kommunikasiya strategiyası üzrə fəaliyyət istiqamətləri ilə bağlı təşkil olunub.

Təlimdə qurumun fəaliyyət istiqamətləri üzrə maarifləndirici materialların, həmçinin yenilik və dəyişikliklərin ictimaiyyətə çatdırılması üçün tələb olunan şərtlər diqqətə çatdırılıb, tələb olunan bilik və bacarıqlarln artırılması ilə bağlı tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təkliflər müzakirə edilib.