Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi davam edir

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir.

Vətəndaşlar tərəfindən 2024-cü ilin 1 aprel tarixinədək İnternet Vergi İdarəsində yaradılmış müvafiq portal  üzrərindən ümumilikdə 14 min 927 müraciət daxil olub ki, bu müraciətlərdən 7.793-ü üzrə 30,4 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib.

Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.191 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, bunlardan 761-i təsdiqlənib.

Vətəndaş məmnunluğunun artırılması məqsədilə 2023-cü ilin sentyabr ayından etibarən geri qaytarılan vəsaitlər şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bununla da əvvəllər adıçəkilən sahədə mövcud olan bir sıra çətinliklər aradan qaldırılıb.

Vətəndaşların müraciətlərinin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə edilməkdədir. Bunlar, əsasən, son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının göstərilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi ilə bağlıdır.

Bundan başqa, Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə də müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.