Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının va strukturuna daxil olan qurumların ərazi yurisdiksiyası barədə

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktı ilə, eləcə də təşkilati-sərəncamverici sənədlərlə (o cümlədən struktur bölmələrin əsasnamələri ilə) vergi orqanlarına həvalə edilən səlahiyyətlərin həyata keçirilməsinin ərazi yurisdiksiyasının müəyyən edilməsi və hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların ərazi yurisdiksiyasının təsdiq edilməsinə zərurət yaranmışdır.

Göstərilənləri nəzərə alaraq, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətlərinin fəaliyyəti ilə bağlı bəzi hüquqi məsələlər haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2020-ci il 11 iyun tarixli F-64 nömrəli əmrinin 1-ci hissəsini və “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6sasnaməsi”nin 5.5.1-ci və 5.5.9-cu yarımbəndlərini rəhbər tutaraq,

Ə M R  E D İ R Ə M

  1. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların ərazi yurisdiksiyası” təsdiq edilsin (əlavə olunur).
  2. Vergilər Nazirliyinin 13 noyabr 2002-ci il tarixli A-188 saylı əmrinin 2-ci hissəsi ilə təsdiq edilmiş 6lavə №2 (həmin 6lavəyə sonradan edilmiş dəyişikliklər nəzərə alınmaqla), həmin əmrin 3-cü və 4-cü hissələri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06.12.2021-ci il tarixli 2117040101246800 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.
  3. Bu əmr 01.04.2024-cü il tarixdən qüvvəyə minir.

 

Dövlət Vergi Xidmətinin rəisi,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri                                                                Orxan Nəzərli

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların ərazi yurisdiksiyası 
Sıra № Vergi orqanının adı Ərazi yurisdiksiyası
1 Dövlət Vergi Xidmətinin Aparatı Bütün ölkə ərazisi
2 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 1. Bakı şəhəri (Milli Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyiciləri istisna olmaqla)
2. 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin ərazi yurisdiksiyasına daxil olan inzibati ərazi vahidləri.
3 Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi 1. Bakı şəhəri.
2. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyicilərinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi digər vergi orqanlarının ərazi yurisdiksiyasına daxil olan inzibati ərazi vahidləri. 
4 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Bütün ölkə ərazisi
5 Milli Gəlirlər Baş İdarəsi 1. Bakı şəhəri (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyiciləri istisna olmaqla)                                                                                                                                              
6 İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Bütün ölkə ərazisi
7 Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi Bütün ölkə ərazisi (Milli Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyiciləri istisna olmaqla)
8 Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi Bütün ölkə ərazisi
9 2 saylı Ərazi Vergilər Baş İdarəsi Sumqayıt şəhəri
Abşeron rayonu
Xızı rayonu
Siyəzən rayonu
10 3 saylı Ərazi Vergilər İdarəsi Quba rayonu
Qusar rayonu
Şabran rayonu
Xaçmaz rayonu
11 4 saylı Ərazi Vergilər İdarəsi Şamaxı rayonu
Ağsu rayonu
Qobustan rayonu
12 5 saylı Ərazi Vergilər İdarəsi Şirvan şəhəri
Neftçala rayonu
Saatlı rayonu
Sabirabad rayonu
Salyan rayonu
Hacıqabul rayonu
13 6 saylı Ərazi Vergilər Baş İdarəsi Lənkəran rayonu
Astara rayonu
Biləsuvar rayonu
Yardımlı rayonu
Lerik rayonu
Masallı rayonu
Cəlilabad rayonu
14 8 saylı Ərazi Vergilər İdarəsi Beyləqan rayonu
Ağcabədi rayonu
İmişli rayonu
15 9 saylı Ərazi Vergilər İdarəsi Göyçay rayonu
Ağdaş rayonu
Zərdab rayonu
Kürdəmir rayonu
Ucar rayonu
16 10 saylı Ərazi Vergilər İdarəsi Qəbələ rayonu
İsmayıllı rayonu
Oğuz rayonu
17 11 saylı Ərazi Vergilər Baş İdarəsi Yevlax rayonu
Mingəçevir şəhəri
Şəki rayonu
Bərdə rayonu
Tərtər rayonu
18 12 saylı Ərazi Vergilər Baş İdarəsi Gəncə şəhəri
Naftalan şəhəri
Daşkəsən rayonu
Goranboy rayonu
Samux rayonu
Göygöl rayonu
19 13 saylı Ərazi Vergilər İdarəsi Zaqatala rayonu
Qax rayonu
Balakən rayonu
20 14 saylı Ərazi Vergilər İdarəsi Şəmkir rayonu
Ağstafa rayonu
Qazax rayonu
Gədəbəy rayonu
Tovuz rayonu
21 Qarabağ Ərazi Vergilər Baş İdarəsi Xankəndi şəhəri
Ağdam rayonu
Ağdərə rayonu 
Füzuli rayonu
Xocalı rayonu
Xocavənd rayonu
Şuşa rayonu
22 Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi Cəbrayıl rayonu
Kəlbəcər rayonu
Qubadlı rayonu
Laçın rayonu
Zəngilan rayonu