Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl (komiks, manqa) müsabiqəsi”nə start verilir

Əziz uşaqlar!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl (komiks, manqa) müsabiqəsi"ndə iştirak etməyə dəvət olunursunuz.

Müsabiqədə qalib gəlmiş nağılların (komikslər, manqalar və s.) seçilərək Dövlət Vergi Xidməti tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar müxtəlif elektron və dövri nəşrlərdə dərc olunacaq.

Qeyd olunan mövzuda nağılları (komikslər, manqalar və s.) 15.05.2024-cü il tarixinədək info@taxes.gov.az email ünvanı vasitəsilə Dövlət Vergi Xidmətinə təqdim etməyiniz xahiş olunur.

Mətn:

- “Vergilər” mövzusunda olmalı;

- Azərbaycan, rus və ya ingilis dilində yazılmalı;

- İki vərəqdən çox olmamalıdır.

Müraciətdə nağılın müəllifinin adı, soyadı və atasının adı, təhsil aldığı müəssisə, yaşadığı ünvan qeyd olunmalıdır.

Müsabiqədə orta məktəb şagirdləri iştirak edə bilərlər.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti