Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb

2024-cü ilin yanvar - may aylarında Naxçıvan Muxtar Respublikasında 2.926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2.790-ı fiziki şəxslər, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb.

Cari ilin birinci 5 ayında kommersiya qurumlarının 72,3 faizi elektron qaydada, 27,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.