Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

POS-terminallardan istifadə niyə vacibdir? 

Son illərdə vətəndaşlarımızın gündəlik həyatında və iqtisadi dövriyyədə nağdsız hesablaşmaların rolu və həcmi artmaqdadır. Xüsusilə də, alış-veriş zamanı ödənişlərin aparılmasında POS-terminalların rolu əvəzsizdir. 

Ödəniş kartı ilə ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsi ilə həyata keçirilir. POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən, təqdim olunan qəbzlər malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruridir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminallardan istifadənin biznes və istehlakçılar üçün gətirdiyi üstünlüklərlə bağlı videoçarx hazırlayıb.