Dövlət Vergi Xidmətinin rəisi Bolqarıstanlı həmkarı ilə görüşüb
Bakıda təşkil olunan Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, İOTA prezidenti Orxan Nəzərli bolqarıstanlı həmkarı, bu ölkənin Milli Gəlirlər Agentliyinin baş direktoru Rumen Spetsovla görüşüb.
Görüşdə iki ölkənin vergi orqanları arasında əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bolqarıstan Milli Gəlirlər Agentliyinin baş direktoru Bakıda keçirilən beynəlxalq forumda iştirakdan məmnunluğunu bildirib, karbon qiymətqoyma ilə bağlı İOTA ilə birgə təşkil olunmuş müzakirələrin əhəmiyyətini vurğulayıb.
DVX rəisi Orxan Nəzərli hər iki ölkənin vergi xidmətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələsinə toxunub, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün səyləri artırmağın vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.