Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il oktyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.862 ədəd olub. Yanvar-sentyabr ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 294,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,1 milyon manat və ya 2 dəfə çoxdur.

İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-sentyabr aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 1 milyon manatdan çox olub.