Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti beynəlxalq konfransda təmsil olunub

Peru Respublikasının Lima şəhərində bu ölkənin Milli Gömrük və Vergi İdarəsinin təşkilatçılığı ilə Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CİAT) “Yayınma və sui-istifadəyə qarşı ümumi qaydalar” (GAAR) mövzusunda Texniki Konfransı keçirilib.

Tədbirə Mərkəzə 48 üzv və qeyri-üzv ölkələrdən nümayəndələr, həmçinin bir sıra təşkilatların təmsilçiləri qatılıblar. Konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisinin müşaviri Sərxan Həşimov və Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Emil Həsənov iştirak ediblər. Tədbirdə GAAR-ın hüquqi aspektləri, effektiv tətbiqi üçün prosedurların hazırlanması və tətbiqi zamanı yaranan məsələlərlə bağlı təqdimatlar dinlənilib.

Konfrans çərçivəsində CİAT və DVX nümayəndələri arasında keçirilmiş görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.