Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Füzuli və Ağdam rayonlarında vergi ödəyicilərinə səmərəli xidmət təşkil olunur

Füzuli rayonunun Horadiz və Ağdam rayonunun Quzanlı qəsəbələrində İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş idarəsinin yerli bölmələri açılıb.

Açılışlarda aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Sahibkarlara yeni açılan bölmələrin fəaliyyət istiqamətləri və vergi ödəyicilərinə göstəriləcək xidmətlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, yeni bölmələr vergi ödəyicilərinə işğaldan azad edilmiş ərazilərdə səmərəli xidmətlərin göstərilməsinə və sahibkarlıq fəaliyyətinin təşviqinə töhfə verəcək.