Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər Nazirliyi məktəblilər üçün Novruz gəzintisi təşkil edib

Martın 21-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub.

Bakının bir neçə internat məktəbinin şagirdləri İçərişəhərdə və Fəvvarələr Meydanında keçirilən bayram şənliklərində iştirak ediblər. Uşaqlar üçün nəzərdə tutulan əyləncə mərkəzlərinin birində nahar edən şagirdlər şən və yaddaqalan vaxt keçiriblər.

Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Novruz şənliklərinin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.