Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidməti etibardan sui-istifadə halları ilə bağlı xəbərdarlıq edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, etibardan sui-istifadə etməklə qanunsuz gəlir götürmək məqsədilə ayrı-ayrı vətəndaşların adına müxtəlif hüquqi şəxslərin təsis olunması hallarına rast gəlinir. Nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğdə vergi borcları yaranır. Bu cür qanunazidd hərəkətlər bir çox hallarda vətəndaşların özləri tərəfindən könüllü olaraq dələduzlara etibarnamə verməsi, yaxud özünə məxsus elektron imzadan istifadə etməyə şərait yaratması nəticəsində baş verir.

Belə hallarla qarşılaşmamaq üçün Dövlət Vergi Xidməti mütəmadi olaraq vətəndaşları məlumatlandırır, onları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxslər tərəfindən istifadəsinə yol verməməlidir. Dövlət Vergi Xidməti bir daha vətəndaşları etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların üçüncü şəxslərə etibar edilməsində maksimum ehtiyatlı davranmağa çağırır.