Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

"Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

«Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №– 3, maddə 195; 2005, №– 11, maddə 1049; 2009, №– 9, maddə 713) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. on birinci abzasda «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatının Təşkili və İqtisadi Təhlil Baş İdarəsinin rəisi» sözləri «Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi» sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda on üçüncü və on dördüncü abzaslar əlavə edilsin:

«Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi.».

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 4 iyul 2013-cü il
№– 2991