Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Bəzi xidmətlərin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb ediləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.

Vergi Məcəlləsinə biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində edilmiş mühüm dəyişikliklərdən biri qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb olunmasını nəzərdə tutur.

Gəmiqayırma və gəmi təmiri sənayesi Azərbaycan Respublikası üçün strateji əhəmiyyət daşımaqla ölkənin bu sahədə idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixrac potensialının gücləndirilməsi, eləcə də donanmamızın müasirləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu güzəştin tətbiqi ilə gəmi təmiri layihələri üzrə rəqabətədavamlı qiymətlərin formalaşacağı, sifarişçilərlə sıx əməkdaşlıq qurulacağı, yeni iş yerlərinin açılacağı, ölkənin regionda rəqabətli gəmi təmiri mərkəzinə çevriləcəyi gözlənilir.