Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda istehlakçılara 2,3 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 404,5 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 164,5 milyon manat və ya 1,7 dəfə çoxdur.

Qeyd edək ki, indiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. 2024-cü ildə istehlakçılara qaytarılan məbləğ əvəlki ilə nisbətən 68 faiz artaraq 1,4 milyon manatdan  çox olub.