Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

DVX nümayəndələri Alman – Azərbaycan Xarici Ticarət Palatasının Vergi, gömrük və hüquq məsələləri üzrə işçi qrupunun görüşündə iştirak ediblər

Alman – Azərbaycan Xarici Ticarət Palatasının Vergi, gömrük və hüquq məsələləri üzrə işçi qrupunun növbəti görüşü keçirilib. Tədbirdə büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyində həyata keçirilən dəyişikliklər barədə müzakirələr aparılıb. İşçi qrupun iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin idarə rəisi Rəşad Nuriyev və şöbə rəisi Eldar Mədətov iştirak ediblər.

DVX nümayəndələri Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarəti mexanizmləri, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına dair qarşıya qoyulan məqsədlər barədə danışıblar.

Görüş zamanı ölkədə biznes mühitinin təkmilləşdirilməsi və vergi qanunvericiliyinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə belə müzakirələrin davamlı olaraq təşkilinin vacibliyi vurğulanıb.