Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Qeyri-neft-qaz sektorundan daxilolmalar 11,6 faiz artıb

2025-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manatdan çox vergi daxil olub.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 1 milyard 378,2 milyon manata yaxın təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 143,2 milyon manat və ya 11,6 faiz artıb. 

Ödənilən vergilərin 61 faizi qeyri-neft-qaz sektorunun, 39 faizi isə neft-qaz sektorunun payına düşüb.