Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası”nın nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı, eləcə də qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərinin öyrənilməsi məqsədilə görüşləri davam etdirir.

Növbəti belə görüş "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşdə müvafiq sahədə fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.

Dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.