Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Biznesə daxilolma” işçi qrupunun iclası keçiriləcək

2025-ci il 13 mart tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun video-konfrans formatında iclası keçiriləcək. 

İclasda Dünya Bankı tərəfindən “Biznesə daxilolma” indikatoru ilə bağlı ünvanlanmış anket sorğusu, “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”ndə qarşıda duran vəzifələr barədə məlumat təqdim olunacaq. 

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri keçiriləcək iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “Onlayn müraciət" (https://azranking.az/online-apply) bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupunun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.