Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası ilə Sərhədsiz Vergi Müfəttişləri Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Orxan Nəzərli Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) ekspertləri Entoni Klark və Stefen Denyerlə görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər  birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, eyni zamanda, ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüş zamanı Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində birgə əməkdaşlıq, qarşılıqlı məlumat mübadiləsi, vergidən yayınma halları ilə mübarizə, transfer qiymətlərinin tənzimlənməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi kimi sahələrdə tərəfdaşlıq təşəbbüsləri nəzərdən keçirilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sistemlərinin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb. Görüş iştirakçıları birgə əməkdaşlığın inkişafına töhfə verən təşəbbüslərin davamlı olacağını qeyd ediblər.