Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi daxilolmalarının 73,7 faizi qeyri-neft-qaz sektorunun payına düşür

2025-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 380,6 milyon manata yaxın vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 98,9 milyon manat və ya 2,3 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 226,4 milyon manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 312 milyon manat və ya 10,7 faiz çox olub. 

Ödənilən vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi isə neft-qaz sektorunun payına düşüb.