Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub

Dövlət Vergi Xidməti (DVX) rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Sərxan Həşimovun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Macarıstana səfər edib.

Səfər çərçivəsində Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasında keçirilən görüşlər zamanı tərəflər vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal vergi inzibatçılığı, ƏDV və gəlir vergisinin tətbiqi ilə bağlı təqdimatlarla çıxış edib, həmçinin, əməkdaşlıq potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədilə təşəbbüslərin artırılması məsələləri nəzərdən keçirilib və qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə olunub. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi barədə razılığa gəlinib.

Səfər zamanı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Tədris Mərkəzi, o cümlədən Maliyyə baş idarəsinin nümayəndələri ilə ayrıca görüşlər keçirilib, aidiyyəti sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları, vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar müzakirə olunub, həmin sahələrdə təcrübə mübadiləsi aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində görüş keçirib.