Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətinin əməkdaşları arasında keçirilən minifutbol turniri davam edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkilatçılığı ilə vergi əməkdaşları arasındakı keçirilən minifutbol turnirinin qrup mərhələsi başa çatıb. Növbəti mərhələyə vəsiqə qazanan 8 komanda  1/4 finalda öz qüvvələrini sınayacaqlar. Turnirin final qarşılaşması mayın 17-də keçiriləcək. Sonda yarışın yekunu olaraq qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanları təqdim ediləcək.

Qeyd edək ki, minifutbol turniri DVX tərəfindən ənənəvi olaraq hər il keçirilir. Yarışın məqsədi vergi xidməti əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.