Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

DVX 13-cü Karyera Sərgisində iştirak edib

ADA Universitetində 13-cü Karyera sərgisi keçirilib. Sərgidə 152 şirkət və insan resursları üzrə 350-dən çox nümayəndə iştirak edib. Karyera sərgisi gənclərə əmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxından tanımaq, özlərinə uyğun iş imkanlarını asanlıqla tapmaq fürsəti verib.

Sərgiyə Dövlət Vergi Xidməti (DVX) öz stendi ilə qatılıb. Burada tələbələrə DVX-də yaradılan iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan Yay Təcrübə Proqramı barədə ətraflı məlumat verilib.