Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan şəhərində qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirib.

Görüş iştirakçılarına kameral vergi yoxlamaları ilə bağlı ətraflı məlumat verilib. Sahibkarlar bu sahədə rastlaşdıqları çətinliklər barədə sual və təkliflərini səsləndiriblər. Vergi ödəyicilərinə vergi orqanı tərəfindən göndərilmiş bildiriş və məktublarla ətraflı tanış olmaq və əlavə maliyyə itkilərinə məruz qalmamaq üçün onları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavablandırmaq tövsiyyə olunub.

Qeyd edək ki, belə görüşlər Muxtar Respublikanın digər ərazilərində də keçiriləcək.