Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda vergi daxilolmaları 22,8 faiz artıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,8 faiz və ya 14,4 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 52,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 11,8 milyon manat və ya 29,1 faiz çox olub.

Ödənilən vergilərin 67,7 faizi qeyri-dövlət sektorunun, 32,3 faizi isə dövlət sektorunun payına düşüb.